“Qalatasaray” klubunun baş məşqçisi Fatih Terim Çempionlar Liqasının qrup mərhələsində PSJ-yə 0:5 hesablı məğlubiyyəti şərh edib.
Lent.az-ın məlumatına görə, 66 yaşlı çalışdırıcı radikal addımlar atacağını bildirib.
Terim söhbət əsnasında qrupda güclü rəqiblərlə qarşılaşdıqlarını xatırladıb: “Turnir bizim üçün pis nəticələndi. PSJ ilə matçın ilk 30-35 dəqiqəsində pis oynamadıq. Amma bu, heç nəyi dəyişmir. Etiraf edim ki, həyatımın ən pis oyunu idi. Ancaq bu cür məğlubiyyətlərdən daha yaxşı dərs çıxarmaq olur. “Real” və PSJ-nin bizdən güclü olması ilə razılaşıram. Onlarla oynamaq asan deyildi. Çempionlar Liqasındakı uğursuz çıxışdan sonra gələcəklə bağlı radikal qərarlar qəbul edəcəyik”.
Qeyd edək ki, “Qalatasaray” qrupda keçirdiyi 6 oyunda cəmi 2 xal qazanaraq, sonuncu olub və Avropa Liqasına yollanmaq şansını da qaçırıb.